Menyu

Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır

Nərmin Qocamanlı
Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır

Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov deyib.

O bildirib ki, xəritənin 40%-i hazırdır: “Xəritə iki formatda hazırlanır. Bu xəritələr vasitəsilə bilmək olacaq ki, Ermənistanın harada faydalı qazıntıları var. Xəritə Ermənistanın Azərbaycanla sərhədində olan dağ-mədən sənayesinin yerləşdiyi yerləri deyil, bütün Ermənistanı ərazisini əhatə edəcək. Eyni zamanda, xəritədə ekoloji məlumatlar da yerləşdiriləcək. Hansı çaylar hansı maddələrlə çirkləndirilir və hara axıdılır. Xəritənin təqdimatı dörd aydan sonra planlaşdırılır. Xəritə Azərbaycan, ingilis və erməni dillərində olacaq”.

Müqabil Bayramov qeyd edib ki, xəritə Azərbaycan toponimləri ilə əsasında hazırlanacaq.

“Biz bu xəritələri ölkəmizdə keçiriləcək COP29 tədbirinin iştirakçılarına paylamağı da düşünürük”, - o əlavə edib. 

Teqlər:

"Az\u0259rbaycanda Erm\u0259nistan\u0131n da\u011f-m\u0259d\u0259n x\u0259rit\u0259si haz\u0131rlan\u0131r"

Əlaqəli Xəbərlər