Menyu

Naxçıvanın Maliyyə Nazirliyi haqqında yeni qərar qəbul edilib

Nərmin Qocamanlı
Naxçıvanın Maliyyə Nazirliyi haqqında yeni qərar qəbul edilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Muxtar Respublikanın Maliyyə Nazirliyi haqqında yeni qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki,  hökumətin 22 yanvar tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi dəqiqləşdirilib.

Nazirliyin işçilərinin cəmi sayı 195 ştat vahidi təsdiqlənib.

Nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər