Menyu

Xırdalanda qanunsuz tikililər sökülüb

Nərmin Qocamanlı
Xırdalanda qanunsuz tikililər sökülüb
1 dəq oxu

Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Əlaqəli Xəbərlər