04 Fevral 2024, 18:41
Magistral qaz xətti zədələndi: 4000 abonent qazsız qaldı
Magistral qaz xətti zədələndi: 4000 abonent qazsız qaldı şəkil
Magistral qaz xətti zədələndi: 4000 abonent qazsız qaldı

Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.

"Azəriqaz" İB-dən "Operativ Media"ya verilən xəbərə görə, baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb.

Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib. Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

Son xəbərlər
İsrail Livanda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
ABŞ-də güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb