Menyu

XRİTDX: "Azstatenet" şəbəkəsi 550 km-ə yaxın genişləndirilib

Nərmin Qocamanlı
XRİTDX: "Azstatenet" şəbəkəsi 550 km-ə yaxın genişləndirilib

2023-ci il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümümilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilişi aparılıb.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Respublikanın regionları üzrə istifadəyə verilmiş 300 km-ə yaxın optik kabelin 130 km-dən çoxu yalnız Qarabağ regionu üzrə bu şəbəkədə dövlət qurumlarının etibarlı məlumat mübadiləsi üçün çəkilib.

Bakı şəhəri və Abşeron yarımadasında isə “AzStateNet” şəbəkəsi üzrə əlavə 250 km-ə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir.

Teqlər:

"XR\u0130TDX: \"Azstatenet\" \u015f\u0259b\u0259k\u0259si 550 km-\u0259 yax\u0131n geni\u015fl\u0259ndirilib"

Əlaqəli Xəbərlər