Menyu

“Bakı KOB evi”ndə daha üç sahibkara investisiya təşviqi sənədləri təqdim edilib

Nərmin Qocamanlı
“Bakı KOB evi”ndə daha üç sahibkara investisiya təşviqi sənədləri təqdim edilib
1 dəq oxu

“Bakı KOB evi”ndə 3 sahibkara investisiya təşviqi sənədləri təqdim edilib.

KOBİA-dan "Operativ Media"ya bildirilib ki, investisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək.

Belə ki, investisiya təşviqi sənədləri “VVE Grovv” MMC-nin “Meyvə şirəsinin hazırlanması və qablaşdırılması”, “Promalt” MMC-nin “Yeni texnologiyanın tətbiqi ilə arpa səmənisi (malt) istehsalı zavodunun tikintisi və yüksək keyfiyyətli arpa səmənisi xammalının istehsalı” və “Fruit Aqro” QSC-nin “Müxtəlif meyvələrin emalının təşkili” layihələrinə verilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala təqribən 20,3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Əlaqəli Xəbərlər