Menyu

DİN: Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Nərmin Qocamanlı
DİN: Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
1 dəq oxu

Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, onun digər cinayət əməlinin də üstü açılıb

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (Soyğunçuluq) axtarışda olan Samir Məmmədov saxlanılıb. 

Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər