Menyu

Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb 

Nərmin Qocamanlı
Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar  keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakinləri Abas Abbasov, Coşqun Qədirov, Ramid Nəsrullayev, Fikrət Əliyev və Quba rayon sakini Firidun Məmmədov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı tanışının baş nahiyəsinə  küt alətlə zərbələr endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirən Ruslan Zülfüqarov saxlanılıb.

Bütün faktlarla bağlı Xaçmaz  RPŞ-də  cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Abas Abbasov,  Coşqun Qədirov, Firidun Məmmədov, Fikrət Əliyev və Ruslan Zülfüqarovun barələrində həbs qətimkan tədbiri, digər şəxsin  barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Teqlər:

"Xa\u00e7mazda \u0259m\u0259liyyatlar zaman\u0131 6 n\u0259f\u0259r saxlan\u0131l\u0131b\u00a0"

Əlaqəli Xəbərlər