Menyu

Tərtərdə daha bir mina partlayışı olub, araşdırma aparılır - YENİLƏNİB 2

Nərmin Qocamanlı
Tərtərdə daha bir mina partlayışı olub, araşdırma aparılır - YENİLƏNİB 2

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.
Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.
Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.

***

12:16

Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib. 

Araşdırma aparılır.

***

12:14

Fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər:

"T\u0259rt\u0259rd\u0259 daha bir mina partlay\u0131\u015f\u0131 olub ara\u015fd\u0131rma apar\u0131l\u0131r - YEN\u0130L\u018fN\u0130B 2"

Əlaqəli Xəbərlər