Menyu

BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

Nərmin Qocamanlı
BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

Yanvar ayının sonu və fevral ayının əvvəllərində BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

"Operativ Media" xəbər verir ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Teqlər:

"BQXK Bak\u0131da h\u0259bsd\u0259 olan separat\u00e7\u0131lara ba\u015f \u00e7\u0259kib"

Əlaqəli Xəbərlər