
“2024-cü il yanvarın 1-dən etibarən Almaniyaya turist vizası ilə gedən hər bir Azərbaycan vətəndaşı bu ölkədə rəsmi şəkildə işləyib yaşaya biləcək. Hazırda Almaniyada turist vizası ilə bu ölkəyə gələnlərə iş icazəsi verilmir və bu Azərbaycan vətəndaşlarına verilən hər bir turist vizasında xüsusi olaraq qeyd olunur. Ancaq yanvarın 1-dən sonra vizanın vaxtı bitmədən özünə iş tapan şəxslər Almaniyada qalıb işləyə biləcək”. Bu barədə bəzi xəbər saytları məlumat paylaşıb.
Bəs bu məlumatın həqiqət payı nə qədərdir?
Bu barədə "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Operativ Media"ya açıqlama verib.
O bildirib ki, bu barədə müəyyən şaiyələr gəzməkdədir. Amma rəsmi qaydada hər hansı dəyişiklik hələ ki baş verməyib.
Sevinc İbrahimzadə