http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb

15 May 2024 , 18:12
Prezident Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Forum iştirakçıları!

Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə salamlamaqdan məmnunluq duyuram.

Qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa, dünyəvi və dini ittifaqların birgə səylərinə ciddi ehtiyac vardır.

Müxtəlif din və inanc mənsublarını, dini liderləri, vətəndaş cəmiyyəti nümayəndələrini və siyasətçiləri bir araya gətirən, insanlar arasında ədaləti, sülhü, sosial-mənəvi vəhdəti təşviq edən KAICIID tərəfindən böhranlı vəziyyətlərdə sülh quruculuğu, inklüziv cəmiyyət və ətraf mühitlə bağlı aktual problemlərin müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edirəm.

Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir.

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəkdir.

Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur.

Bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır.

İnanıram ki, KAICIID-in yüksəksəviyyəli Qlobal Forumu konstruktiv müzakirələr ruhunda keçəcək, beynəlxalq sülhə və təhlükəsizliyə, müxtəlif tərəflər arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa əhəmiyyətli töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Forumun işinə uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu