Menyu

Aİ "Meta" ilə bağlı "uşaq təhlükəsizliyi" araşdırmasına başlayıb

Nərmin Qocamanlı
Aİ "Meta" ilə bağlı "uşaq təhlükəsizliyi" araşdırmasına başlayıb

Avropa İttifaqı Komissiyası "Meta"nın uşaqların müdafiəsi ilə bağlı sahələrdə Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

"Operativ Media"nın məlumatına görə, komissiya bəyanatda "Facebook" və "Instagram" sistemlərinin alqoritmləri də daxil olmaqla, uşaqlarda davranış asılılığını təşviq edə biləcəyini və eyni zamanda "Meta" tərəfindən həyata keçirilən yaş yoxlama üsullarının da problemli olduğunu bildirib. .

Açıqlamaya görə, Komissiya bu məsələ ilə bağlı əlavə məlumat və sübut toplamaqda davam edəcək.

Qeyd edək ki, keçən il qüvvəyə minən Aİ qanununa əsasən, Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar ciddi qaydalara tabedir. Texnologiya şirkətləri öz platformalarında qeyri-qanuni və zərərli məzmunla mübarizə aparmaq üçün müxtəlif tədbirlər həyata keçirməlidirlər. Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər