Menyu

Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

Nərmin Qocamanlı
Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

“Azərbaycanın quru sərhədlərinin bağlı olması Gürcüstandan ölkəyə maşın gətirənlərin sayını kəskin azaldıb. Əvvəllər Gürcüstan avtomobil bazarı Azərbaycan üçün ən ideal seçim hesab olunurdusa, indi alıcılar Amerika və Koreyadan maşın sifarişi etməyə üstünlük verirlər”

Bunu ‘’Operativ Media’’ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnur Sərdarlı deyib. 

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə gediş-dönüş xərcləri baha olduğundan alıcılar onlayn şəkildə hərraca çıxarılmış avtomobilləri sifariş edirlər. 

‘’Əvvələr Gürcüstandan avtomobillər daha çox gətirilirdi, çünki quru yollar açıq idi və daşıma çox ucuz başa gəlirdi. Alıcılar buradan Gürcüstana gedib oradan özləri seçdiyi maşını alırdılar. İndi isə yalnız təyyarə ilə getmək mümkündür. Gediş-dönüş isə əlavə xərcdir. Məhz buna görə də bir çox insan Amerika auksionlarında özü oynayır və avtomobili özü seçir. Eyni zamanada Koreyadan maşın sifarış edənlərin də sayı artıb. Əvvəllər azərbaycanlılar Amerika bazarı üçün olan maşınları alırdısa, indi yanacağın qiymətinin qalxması ilə dizelə yönənlərinin sayı artıb. Buna görə də Gürcüstan bazarı Azərbaycan üçün ideal seçim deyil’’, - ekspert qeyd edib. 

Elnur Sərdarlı onu da bildirib ki, mövcud vəziyyət belə davam edərsə, bu avtomobil qiymətlərində də özünü göstərəcək: 

‘’Artıq bir neçə ildir ki, avtomobil bazarında qiymətlərin bahalaşmasını müşahidə edirik. Son bir il ərzində isə ölkəyə gətirilən avtomobillərin ilinə görə məhdudiyyət qoyulması bazara ciddi təsir edib. Hazırda demək olar ki, alqı-satqı ən durğun dövrünü yaşayır. Çünki gətirilən avtomobillər bahalı avtomobillərdir. Əvvəllər insanlar gedib 2005-2008-ci il avtomobilləri gətirə bilirdisə, indi yalnız 2014-cü il avtomobilləri gətirə bilirlər. Hətta 2014-cü ilin bir neçə ayına məxsus olan avtomobili gətirmək olmur. Amma Gürcüstan bazarı açıq olsa, məsələn, 2014-cü il avqust ayının avtomobilini rahat gətirə bilərlər. Düşünürəm ki, quru yollar açılarsa Gürcüstan bazarı yenidən öz aktuallığına qayıtmış olar. Çünki, hal-hazırda istehsal ilinə görə bir çox insan risk edib avtomobil sifariş etmir ki, daşıması gec olacaq. Amma faktiki olaraq indi Gürcüstan bazarı açıq olsa, sifariş oradan buraya daha qısa müddətdə gəlir. Buna əsasən, insanlar həmin bazara yenidən üz tutacaqlar’’. 

Teqlər:

"Az\u0259rbaycana G\u00fcrc\u00fcstandan avtomobil idxal\u0131 niy\u0259 k\u0259skin azal\u0131b?"

Əlaqəli Xəbərlər