21 May 2024, 11:26
Çində "Apple" məhsullarının qiymətləri ucuzlaşıb
Çində "Apple" məhsullarının qiymətləri ucuzlaşıb şəkil
Çində "Apple" məhsullarının qiymətləri ucuzlaşıb

"Huawei" kimi yerli istehsalçıların artan rəqabəti səbəbindən "Apple" Çində bəzi "iPhone" modelləri üçün 318 dollara qədər endirimlər təklif edən kampaniya başladıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 
"Huawei"nin gəliri 2024-cü ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 69,7% artıb. Eyni zamanda, "Counterpoint" analitik firmasının məlumatına görə, "Apple" bu ilin ilk iki ayında Çində satışlarında 37% azalma qeydə alıb. Fevral ayında Amerika şirkəti "Huawei Pura 60" smartfonunun buraxılışından sonra ilk endirim aksiyasın başladığını elan edib və bunun nəticəsində vəziyyət yaxşılaşmağa başlayıb.

2024-cü ilin birinci rübündə "Apple"ın Çindəki bazar payı keçən ilin eyni dövründəki 19%-dən 15,7%-ə düşüb. İT nəhəngi ilk iki pilləni "Huawei" (16,5%) və "Honor"a (17,1%) uduzaraq Çin smartfon bazarının liderləri siyahısında üçüncü yerə düşüb.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb