
Son vaxtlar Bakıda taksilərin sayında azalma müşahidə edilir. Bu barədə sosial şəbəkə istifadəçiləri də çoxsaylı paylaşımlar edirlər. Onlar bildirirlər ki, əvvəl ölkəmizdə fəaliyyət göstərən “Bolt”, “Uber”, “Yango” kimi tətbiqlərlə taksi sifariş verəndə maksimum 3-5 dəqiqəyə taksi tapılırdı. İndi isə şəhərin mərkəzində sifariş verəndə, tətbiq taksinin 20 dəqiqə uzaqda olduğunu göstərir. Problem bununla bitmir, həmçinin qiymətlər də bahalaşıb. Bu da taksilərlə bağlı narazılığı yenidən artırıb.
“Operativ Media”nın apardığı araşdırmalara görə, ölkədəki taksiparklar artıq balanslarında olan 2007-2008-ci il istehsalı avtomobillərlə taksi fəaliyyətini dayandırıblar.
“Bizə sahibkar bildirib ki, tapşırığa əsasən iyulun 1-ni gözləmədən avtomobilləri taksidən çıxarmalıyıq. Ona görə də həmin avtomobillər bizdən alınıb, sahibkar bizə ili bir az təzə yeni avtomobil verib”-deyə A.Şirinov "Operativ Media"ya bildirib.
Bu hal bir sıra taksiparklarda müşahidə olunur. Bəzi sahibkarlar isə yeni avtomobillər almayıblar. Beləliklə, köhnə avtomobillər 1 iyulu gözləmədən taksilərdən geri çağırıldığı üçün həm qiymətlər artıb, həm də taksilər tapılmır.
Bunu da oxu: Yeni qərarlara görə kimlər taksi kimi fəaliyyət göstərə biləcəklər?