http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yeni qərarlara görə kimlər taksi kimi fəaliyyət göstərə biləcəklər?

29 Mart 2024 , 11:02
Yeni qərarlara görə kimlər taksi kimi fəaliyyət göstərə biləcəklər?

Taksilərin fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qərarlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksər sürücülər yeni tələblərin çox sərt olmasından şikayətlənib.

Bəs qəbul edilən qərarlar taksilərin fəaliyyətinə necə təsir göstərəcək?

Mövzu ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Operativ Media"ya açıqlamasında bildirib ki, yeni tələblər öz effektini xeylli müddət ərzində göstərəcək:

"Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar uzunmüddətdir hazırlanır. Bu sahədə olan problemlərin həlli üçün qaydaların tətbiqi çox ciddi şəkildə həyata keçirilməlidir. Əks halda taksi fəaliyyətində nizam, intizam, qayda-qanun olmayacaq. Bu baxımdan düşünürəm ki, tətbiq edilən qaydalar yalnız bu sahənin inkişafına xidmət edir. Hazırda sürücülərə xəbər verilir ki, iyul ayına qədər öz avtomobillərini mütləq gətirib Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) təqdim etsinlər, taksi buraxılış kartını alsınlar və sonra da digər prosedurları həyata keçirib avtomobilin istismar ili tamam olana qədər istifadə etsinlər. 15 ildən çox istismar edilmiş avtomobillər varsa, sözsüz ki, onlara taksi buraxılış kartı verilməyəcək. Digər tərəfdən, 3 aydan sonra AYNA yalnız 8 il istismar müddəti olan avtomobilləri qəbul edəcək. Başqa sözlə, 3 ay ərzində kim sənəd alsa, avtomobilin bu gün 10 yaşı varsa, 5 il onu istismar edə biləcək. İyun ayından sonra isə qaydalar dəyişir, yalnız 8 ilin avtomobillərinə taksi buraxılış kartı veriləcək".

Ekspertin sözlərinə görə, bu tələblərin taksilərin qiymətlərinə təsir göstərməsi şirkətlərin daxili işidir:

"Şirkətlər qiyməti artıracaqlar, müştəri azalacaq, artırmayacaqlarsa da, işləyə bilməyəcəklər. Hər bir halda taksidən istifadə edənlər yenə həm ekonom, həm orta səviyyəli, həm də VİP taksi xidmətindən bəhrələnə biləcəklər. Çünki şirkətlər bunu təqdim edir. Bəzi insanlar deyirdilər ki, elə bir il məhdudiyyəti qoyulacaq ki, çox avtomobil kənarda qalacaq, taksi kimi istifadə oluna bilməyəcək. Amma dövlət sürücüləri çox da çətinə salmadı və 15 il normaldır. 3 ay ərzində sürücülər müraciət etsələr, yəni istismar ili bitməyən avtomobillərlə taksi xidməti göstərə biləcəklər. Lakin avtomobilin AB sistemi mütləq olmalıdır, kondisioneri olmalıdır. Bu sahədə xidmətin keyfiyyətini artırmağa yönəlmiş addımlar sərnişinləri də məmnun edəcək".

OXŞAR XƏBƏRLƏR
Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu