Menyu

"CityCar" qiymətlərlə bağlı növbəti dəfə yenilik edib

Redaksiya 1302 baxış
"CityCar" qiymətlərlə bağlı növbəti dəfə yenilik edib

Bir müddət əvvəl Bakıda avtomobillərin dəqiqəlik, saatlıq və günlük icarə xidmətinə (karşerinq) başlayan "CityCar" şirkəti qiymətlərə yenidən baxıb.

"Operativ Media" xəbər verir ki, əvvəl bu xidmət 1 saat üçün 36 AZN, 1 dəqiqə üçün isə 60 qəpik təklif olunub.

Lakin çox keçmədən qiymətlər ucuzlaşıb. Yeni qiymət 1 saat üçün 20 AZN, 1 dəqiqə üçün isə 40 qəpik tətbiq edilib. 

Bu gün "City Car" qiymətlərlə bağlı növbəti yenilik edib. Bu dəfə isə avtomobili yarım saatlıq icarə xidməti təklif olunur. Şirkətdən "Operativ Media"ya bildirilib ki, 30 dəqiqə üçün qiymət 10 AZN müəyyənləşdirilib. Xidmətin dəqiqəsi isə əvvəlki kimi, 40 qəpik olaraq qalıb.

Qeyd edək ki, bu günə qədər 30 dəqiqəlik təklif tətbiqdə yox idi.

"CityCar" istifadəçilərə "BYD E2", "Gelly Geometry", "Toyota Corolla" kimi avtomobillərin icarəsini təqdim edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər