07 İyul 2024, 13:26
Sabah Bakıda hava şəraiti əsasən yağmursuz keçəcək
Sabah Bakıda hava şəraiti əsasən yağmursuz keçəcək şəkil
Sabah Bakıda hava şəraiti əsasən yağmursuz keçəcək

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Son xəbərlər
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq
İsrailin İrana hücumundan sonra Avropada qazın qiyməti 4% artıb
"Traktor" "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcək
İstifadəyə yararsız ət məhsulunun dövriyyəsinin qarşısı alınıb
Paytaxtda əhali artımı 30%-i keçib
13 İyun 2025, 12:35
Sabah 37 dərəcə isti olacaq
Hindistanda təyyarə qəzasında ölənlərin ailələrinə 115 min dollar veriləcək