http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda aşkarlanan 3500 illik ritual ibadətgah dünya gündəmindədir

08 İyul 2024 , 14:42
Azərbaycanda aşkarlanan 3500 illik ritual ibadətgah dünya gündəmindədir

İtaliyanın “Ansa” və “Rai” informasiya agentlikləri Azərbaycanın Ağstafa rayonundakı “Tava təpə” abidəsində aşkarlanan 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri haqqında məqalə dərc edib.

"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, yazılarda ritual ibadətgah yerinin Azərbaycan-İtaliya arxeoloji ekspedisiyasının üç ildir apardığı arxeoloji tədqiqat işləri nəticəsində tapıldığı bildirilib. Qeyd edilir ki, araşdırmalar zamanı son tunc, ilk dəmir dövrünə aid abidədəki ibtidai ritual tikili qalığı olan ibadətgah öz unikallığına görə təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunur.

İtaliyanın Kataniya Universitetinin arxeoloqlar qrupunun fikrincə, bura Qafqazda hələlik aşkar edilən ilk ibadətgah yeridir. Ritual ibadətgah yerindən Cənubi Qafqazın köçəri əhalisi istifadə edib.

Kataniya Universitetinin və Florensiyadakı Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzinin (CAMNES) mütəxəssislərinin fəaliyyət göstərdiyi İtaliyadan olan arxeoloji ekspedisiyaya Nikola Laneri rəhbərlik edir. Onun fikrincə, abidə öz unikallığı ilə fərqlənir və bu maraqlı tapıntı ritual xarakterlidir.

“İnsanlar 3500 il əvvəl bura gəlib, yemək yeyiblər. Bura bir növ yeməkxana kimi fəaliyyət göstərib. Amma bütün Qafqaza xidmət edib”, - deyə arxeoloq bildirib.

Qeyd edək ki, 3500 illik yaşı olan “Tava təpə” abidəsi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 kilometr aralıda yerləşir. Son tunc, ilk dəmir dövrünə aid abidə Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazi olub.

“Tava təpə” abidəsi unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqəti cəlb edir. Strateji əhəmiyyətli abidənin Kür çayına yaxın olması bura insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri olub.

OXŞAR XƏBƏRLƏR
Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Lənkərançayda batan şəxsin meyiti tapılıb

Lənkərançayda batan şəxsin meyiti tapılıb

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

XƏBƏR LENTİ
  • Dünən
    23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • Dünən
    23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • Dünən
    23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • Dünən
    23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • Dünən
    22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • Dünən
    22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • Dünən
    22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • Dünən
    22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu