11 İyul 2024, 18:11
Prezidentin adından yayılan video saxtadır - RƏSMİ AÇIQLAMA
Prezidentin adından yayılan video saxtadır - RƏSMİ AÇIQLAMA şəkil
Prezidentin adından yayılan video saxtadır - RƏSMİ AÇIQLAMA

Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət “deep-fake” texnologiyası ilə hazırlanmışdır və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə məlumat yayıb.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

“Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış qeyd olunan saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.

Son xəbərlər
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub