11 İyul 2024, 21:58
Hirkan Milli Parkında yanğın olub
Hirkan Milli Parkında yanğın olub şəkil
Hirkan Milli Parkında yanğın olub

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi yaxınlığında yanğın hadisəsi baş verib.

Bu barədə "Operativ Media"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla ehtiyatsız davranmaları olub:

"Hadisə yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb".

Xidmət rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə, ətraf mühitə ziyan dəyir:

"Bir şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı unutmayın və yanğına səbəb olmayın”.

Son xəbərlər
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Şəkərli diabet riskini artıran qidalar hansılardır?
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb
"İnter"ə Hakan Çalhanoğlunun transferi üçün heç bir təklif gəlməyib
BMT Qəzzada dərhal atəşkəs tələb edən qətnaməni təsdiqləyib
Azərbaycan nefti bahalaşıb