Menyu

"Instagram" yeni qaydalarını açıqlayıb

Redaksiya
"Instagram" yeni qaydalarını açıqlayıb

"Instagram" yeni özəlliklərini istifadəçilərə təqdim edib.

“Operativ Media” xəbər verir ki, "Instagram" sosial şəbəkəsi 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq edəcək.

Məhdudiyyət 17 sentyabrdan etibarən ABŞ, Kanadada, İngiltərə və Avstraliyada qüvvəyə minib. "Meta"nın verdiyi açıqlamaya əsasən, məhdudiyyət 2024-cü ilin sonunadək Avropa İttifaqı (Aİ) ölkələrində qüvvəyə minəcək. 2025-ci ilin yanvar ayından etibarən isə bütün ölkələrdə tətbiq edilməyə başlanılacaq.

Məhdudiyyətə aşağıdakılar daxildir:

18 yaşdan kiçik istifadəçilərin hesabları avtomatik olaraq gizli olacaq. İstifadəçi yalnız dostluq təklifini qəbul edən izləyicinin paylaşdıqları məzmunu görə biləcək.

18 yaşından kiçik istifadəçilər yalnız dostluğunda olan şəxslərə mesaj göndərə biləcəklər.

Yetiyetmələrin “Reels” və "Explore" hissəsində qarşılaşa biləcəkləri videolar süzgəcdən keçiriləcək. Bununla da zorakılıq və həssas məzmunlu, eləcə də kosmetik məhsul reklamları 18 yaşdan kiçik istifadəçilərin qarşısına çıxmayacaq.

Vaxt məhdudiyyəti tətbiq olunacaq. Gündə 60 dəqiqəni keçən yeniyetmələrə sosial şəbəkədən çıxmalarını üçün bildiriş göndəriləcək.

Yeniyetmələrin hesabları 22:00-7:00 arasında "yuxu rejiminə" keçəcək. Bu müddət ərzində bildirişlər dayanacaq və mesajlara avtomatik cavab veriləcək.

Valideynlər üçün nəzarət mexanizmi yaradılır:

Məhdudiyyət valideynlərə övladlarının hesablarına nəzarət etmək imkanı yaradacaq. Valideyn övladının hansı məzmunlu videolar izlədiyini görə, bu parametrləri idarə edə biləcək.

Eyni zamanda valideyn övladının son bir həftə ərzində hansı istifadəçilərlə mesajlaşdığını görə biləcək. Amma mesajlara daxil ola bilməyəcək.

Yeni məhdudiyyətə görə valideyn övladına sosial şəbəkədə müəyyən istifadə müddəti verə biləcək. İntervallar ilə övladının “Instagram”a daxil olmasının qarşısını ala biləcək.

Qeyd edilir ki, yaşını 18-dən yuxarı göstərib qeydiyyatdan keçən yeniyetmələr müəyyən edilərək, hesablarında həmin məhdudiyyətlər tətbiq ediləcək.

Teqlər:

"\"Instagram\" yeni qaydalar\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər