Menyu

Azərbaycan xalqında dərin inam yaranıb ki, bu ordunun qarşısında heç bir qüvvə dayana bilməz - ŞƏRH

Nərmin Qocamanlı
Azərbaycan xalqında dərin inam yaranıb ki, bu ordunun qarşısında heç bir qüvvə dayana bilməz - ŞƏRH

“Müzəffər Ali baş Komandan İlham Əliyevin başçılığı altında yenilməz ordumuz Ermənistan silahlı qüvvələri üzərində iki qat qələbəyə imza atmışdır. Onlardan biri 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfər, digəri isə 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı nəticəsində qazanılmış tarixi uğurdur. Bu tarixi zəfər və uğurun nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam şəkildə və əbədi olmaqla təmin edilmişdir”.

Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Prezident seçkilərində İlham Əliyev ən yüksək səsi toplayacaq” – Millət vəkili

Deputat Füzuli şəhərinin işğaldan azad olunmasının önəmindən danışıb:

“Qazandığımız bu tarixi qələbələrin sırasında dörd il bundan öncə məhz bu gün Füzuli şəhərinin erməni qəsbkarlarından azad edilməsi xüsusi önəm daşıyır. Düşmən Füzulini çox ciddi istehkamlarla qoruyurdu. Füzuli şəhərinin hər bir yeri demək olar ki, minalanmış vəziyyətdə idi. Bu baxımdan Füzuli uğrunda döyüşlər sözün həqiqi mənasında qəhrəmanlıq idi. Şəhidlərimiz, qazilərimiz sözün əsl mənasında hər gün bir tarix yazırdılar. Onlar qəhrəmanlıq səlnaməsinə imza atırdılar. Füzulinin azad olunmasının böyük əhəmiyyəti və mənası var idi. Füzuli şəhərinin işğaldan azad edilməsindən sonra Azərbaycan xalqının içində, dərin inam yarandı ki, bu ordunun qarşısında heç bir qüvvə dayana bilməz”.

Millət vəkili tarixi zəfərimizdən sonra qarşıya qoyulan öhdəliklərdən danışıb:

“44 günlük Vətən müharibəsində bir gün belə geri çəkilmədən Azərbaycan ordusu yalnız irəli getdi. Bununla da torpaqlarımız işğaldan azad olundu.Son olaraq noyabr ayının 8-də Qarabağın tacı - Şuşa azad olundu. Bu da düşməni vadar etdi ki, noyabrın 10-da Kaputulyasiya aktını imzalasın. Tarixi zəfərə imza atdıqdan sonra cənab Prezident dövlətimizin qarşısında dayanan yeni hədəfləri müəyyən etdi. Bu hədəflər sırasında işğaldan azad olmuş Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması məsələsi ön planda idi.

2021-ci ildən bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmağa başlandı. İlk ayrılan vəsait 2.2 milyard manat təşkil etdi. Prezidentin Cəbrayıl şəhərində qeyd etdiyi kimi, 19 milyard manata qədər vəsait bu ilin sonuna kimi  məhz bərpa və yenidənqurma işlərinə xərclənəcək”.

Elman Nəsirov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur 10 giqabaytlıq yaşıl enerji potensialına malikdir:

“Bu gün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasına bənzəyir. Hər yerdə yenidən quruculuq işləri həyata keçirilir. Təxminən 10 giqabaytlıq yaşıl enerji potensialına malik olan bu diyarın inkişafı Azərbaycanın strateji məsələlər siyahısında ön plandadır.  Bu gün tam əminliklə söyləmək olar ki, biz bu vəzifənin öhdəsindən layiqincə gələcəyik.

Cənab İlham Əliyev sentyabr ayının 23-də Milli Məclisin VII çağırış iclasında ölkəmizin yeni strateji vəsifələrini sadaladı. Həmin vəzifələr sırasında Qarabağın və Şərqi Zəngəzurun, o cümlədən Füzulinin bərbası məsələləri ön planda olduğunu qeyd etdi. Çox sevindirici haldır ki, qardaş Qazaxıstan və Qırğızıstan bu prosesə qoşulub. Hər iki dövlət Füzuli şəhərində məktəb və uşaq yaradıcılıq mərkələrinin açılışını həyata keçiriblər. Qırğızıstan Ağdam şəhərində də məktəb inşasını həyata keçirir. Bütün bunlar onu göstərir ki, Qarabağın yenidən qurulmasında siyasi iradə, geniş maliyyə imkanları, vətənsevərlik, peşəkarlıq var. Bütün bu reallıqlar fonunda Qarabağı və Şərqi Zəngəzuru tam bərpa edəcək və ən müasir şəhər və kəndlərə çevirəcəyik”.

Teqlər:

"Az\u0259rbaycan xalq\u0131nda d\u0259rin inam yaran\u0131b ki bu ordunun qar\u015f\u0131s\u0131nda he\u00e7 bir q\u00fcvv\u0259 dayana bilm\u0259z - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər