Menyu

Göyçayda qətldə şübhəli bilinən şəxs polisə təslim olub - YENİLƏNİB

Əsəd Abbaslı
Göyçayda qətldə şübhəli bilinən şəxs polisə təslim olub - YENİLƏNİB

Göyçayda qətl hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Potu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlu kəsici alətlə qətlə yetirilib. Qətlə yetirilən Asif Eminov Göyçayda Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının sürücüsü olub.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov isə Mingəçevir şəhər sakinidir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

23:27

Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Media"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.
Araşdırma aparılır.

Teqlər:

"G\u00f6y\u00e7ayda q\u0259tld\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs polis\u0259 t\u0259slim olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər