Menyu

“Bağırov” körpüsünda subasma təhlükəsi aradan qaldırılıb

“Bağırov” körpüsünda subasma təhlükəsi aradan qaldırılıb

Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb:

"Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər