Menyu

Biləsuvarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Nərmin Qocamanlı
Biləsuvarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
1 dəq oxu

Oktyabrın 27-si  saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahveediyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Əlaqəli Xəbərlər