Qeyri-iş günlərində bölgələrdə yerləşən hotellərin qiymətlərində dəyişiklik olacaq?
Xəbər verdiyimiz kimi, noyabrda 6 gün ardıcıl olaraq qeyri-iş günü olacaq. Bu da öz növbəsində rayonlarda istirahət etmək üçün vətəndaşlara fürsət yaradıb.
Bəs həmin tarixlərində bölgələrdə yerləşən hotelllərin qiymətlərində dəyişiklik olacaq?
“Operativ Media” rayonlarda yerləşən bəzi hotellərlə əlaqə saxlayıb. Bildirilib ki, həmin tarixlərdə hotellərə müraciət edənlərin sayı artıb. Bu da öz növbəsində hotellərin qiymətinə təsir edib.
"Nohur" hotel
Qəbələ rayonunda, Nohur gölünün yanında yerləşən "Nohur Hotel" də qeyri-iş günləri ərəfəsində qiymətlər 160 AZN-dən başlayır. Bu qiymətə səhər yeməyi daxildir.
"Ez Restoran&Hotel" hotel
Zaqatalada yerləşən “EZ Restaurant & Hotel”də qeyri-iş günlərində standart otağın qiyməti 100, lüks otaqların qiyməti 150 AZN təşkil edir. COP29 ərəfəsində endirim gözlənilmir.
"Quba Palace Hotel"
"Quba Palace Hotel" – Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə Qubada yerləşən beş ulduzlu oteldir. 8-14 noyabr qeyri iş günlərində səhər və axşam yeməyi daxil olmaqla 1 gecəlik qiymət 470 AZN, 11-22 noyabr COP29 tarixlərində isə 375 AZN təşkil edəcək. Hotel dağların arasında, meşələrin əhatəsində yerləşir. “Quba Palace” Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir.
"Qafqaz Riverside Hotel"
"Qafqaz Riverside Hotel" də isə qeyri-iş günləri səhər yeməyi daxil olmaqla 1 gecəlik iki nəfərlik otaq 388 AZN-dir. COP29 ərəfəsində qiymətlərdə heç bir dəyişiklik gözlənilmir. Hoteldə spa mərkəzi, açıq və qapalı hovuz fəaliyyət göstərir. Hotel Qəbələ şəhərindəki Dəmiraparan çay sahilində yerləşir.
"Qalaaltı Hotel & Spa" hotel
Hoteldən bildirilib ki, qeyri-iş günləri üçün müraciətlərin sayı artıb. "Qalaaltı Hotel & Spa" qeyri-iş günlərində bir gecəlik qiymət 290 AZN təşkil edir. Gündə 3 dəfə qidalanma ilə birlikdə qiymət 350 AZN-dir. COP29 ərəfsində həftə içi hoteldə bir gecənin qiyməti 170 AZN-dir.
"MinAli Boutique Hotel"
8-14 noyabr tarixlərində "MinAli Boutique Hotel"də bir gecəlik qiymətlər bu şəkildədir. 2 nəfərlik otaq 120 AZN, 2 nəfərlik "vip" otaq 150 AZN, 3 nəfərlik otaq 170 AZN, 4 nəfərlik otaq 220 AZN təşkil edir. Bu qiymətə səhər yeməyi daxildir. Qiymətlər noyabr ayı üçün nəzərdə tutulub. Bu otel Şəkidə yerləşir.