Menyu

COP29 çərçivəsində SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb

COP29 çərçivəsində SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb

Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb.

SOCAR-dan "Operativ Medisa"ya bildiriblər ki, Sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “İtalgas” şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.

Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə “Picarro” texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Sənəd tərəflər arasında qaz paylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər