Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında memorandum imzalanıb

admin
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında memorandum imzalanıb

Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyu bərpa olunan enerjinin inkişafı və ötürülməsinə dair Memorandum imzalayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"COP29-un regional və trans regional səviyyədə mühüm nəticələrindən biridir. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyu bərpa olunan enerjinin inkişafı və ötürülməsinə dair Memorandum imzalayıblar. Layihə Qara dəniz enerji kabeli ilə də əlaqələndiriləcək. Bununlada Yeni yaşıl enerji dəhlizi hazırlanacaq",- deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər