"iPhone SE 4" gələn ilin mart ayında satışa çıxacaq

admin
"iPhone SE 4" gələn ilin mart ayında satışa çıxacaq
Dördüncü nəsil iPhone SE 2024-cü ilin birinci rübünün sonlarına doğru təqdim ediləcək

“Apple”ın sərfəli telefonu “iPhone SE 4” gələn ilin birinci rübünün sonuna doğru satışa çıxacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə  Barclays analitikləri Tom O'Malley və komandasının Asiyaya məlumat əldə edib.

iPhone SE-nin dördüncü nəsli, iPhone 14-ə çox oxşar dizayna və xüsusiyyətlərə sahib olacağı gözlənilir. Xüsusiyyətləri arasında 6,1 düymlük OLED ekran, Face ID, daha yeni A seriyalı çip, USB-C portu, 48 meqapiksellik tək arxa kamera, 8 GB RAM və Apple dizaynlı 5G modemi olacaq. Apple hazırda 5G modemini istehsalı üzərində işləyir.

Digər xəbərlər