22 Noyabr 2024, 09:13
General: DSX COP29 ilə əlaqəli tapşırıqları uğurla tamamlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları COP 29-a hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
General: DSX COP29 ilə  əlaqəli tapşırıqları uğurla tamamlayıb şəkil
General: DSX COP29 ilə əlaqəli tapşırıqları uğurla tamamlayıb

"Operativ Media"nın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının Azərbaycanda keçirilən 29-cu sessiyası – COP 29-a hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib:

"Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi inkişaf yolu keçir. Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur".

Əsəd Abaslı

Son xəbərlər
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib