İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə “yaşıl enerji”nin tədarükü üzrə dördtərəfli görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.
"Azərbaycan və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin Avropaya müxtəlif marşrutlarla çatdırılması üzrə əməkdaşlıq imkanlarımızı dəyərləndirdik", - nazir qeyd edib.