22 Noyabr 2024, 21:39
Kanada Ukraynaya NASAMS HHM sistemi verib
Kanada NASAMS zenit-raket kompleksini (ZRK) artıq Ukraynaya təhvil verib.
Kanada Ukraynaya NASAMS HHM sistemi verib şəkil
Kanada Ukraynaya NASAMS HHM sistemi verib

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Uilyam Bler Qalifaksda keçirilən təhlükəsizlik forumunda bildirib.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, ABŞ ilə birgə təxminən iki il əvvəl əldə etdiyimiz NASAMS zenit-raket kompleksi artıq Ukraynaya çatdırılıb”, - nazir deyib.

Xatırladaq ki, ötən il yanvarın 11-də Kanada hökuməti Ukraynanın ehtiyacları üçün ABŞ-dən NASAMS hava hücumundan müdafiə (HHM) sistemlərini 406 milyon Kanada dollarına (ovaxtkı məzənnə ilə təxminən 303 milyon ABŞ dolları) alacağını açıqlamışdı.

Son xəbərlər
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı
Medvedyev: Bayden Rusiya ilə müharibəyə səbəb oldu
Tramp Çinə səfər edəcək
Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA