Menyu

Azerbaycan meyvə-tərəvəz ixracından 535 milyon dollar gəlir əlde edib

Azerbaycan meyvə-tərəvəz ixracından 535 milyon dollar gəlir əlde edib

"Operativ Media" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 1.72% və ya 9.4 milyon dollar, həcmi isə 4.1% və ya 22 min ton azalıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycan 544 milyon 433 min dollar dəyərində 537 min 761 ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 141,9 milyon dollar dəyərində tomat (118.9 min ton) , 96.4 milyon dollar dəyərində meşə fındığı (15.4 min ton), 52.9 milyon dollar dəyərində xurma (74.5 min ton), 42.6 milyon dollar dəyərində alma (66.9 min ton ), 20.5 milyon dollar dəyərində kartof (48.2 min ton), 16.4 milyon dollar dəyərində nar (18.6 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.35%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.06%-ə bərabər olub.

Teqlər:

"Azerbaycan meyv\u0259-t\u0259r\u0259v\u0259z ixrac\u0131ndan 535 milyon dollar g\u0259lir \u0259lde edib"

Əlaqəli Xəbərlər