Fransanın bəzi ərazilərində narıncı xəbərdarlıq elan edilib
"Bert" qasırğasının yaratdığı küləklər Fransada dəmir yolu hərəkətində məhdudiyyətlərə səbəb olub.
"Operativ Media" xəbər verir ki, "Le Figaro" qəzeti məlumat yayıb.
Məlumata əsasən SNCF dəmir yolu şirkəti elektrik qatarlarının ləğvi və yüksəksürətli qatarların hərəkətinin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edib. Güclü küləklə əlaqədar olaraq, ölkənin mərkəzi və şərq rayonlarında doqquz departament narıncı xəbərdarlıq altında olub.
Qeyd olunub ki, həmin ərazilərdə küləyin sürəti 33 m/s-ə çata bilər.
Teqlər:
"Fransan\u0131n b\u0259zi \u0259razil\u0259rind\u0259 nar\u0131nc\u0131 x\u0259b\u0259rdarl\u0131q elan edilib"