Menyu

Bakıdan bir neçə istiqamətdə müasir və komfortlu avtobuslar istifadəyə verilib

Bakıdan bir neçə istiqamətdə müasir və komfortlu avtobuslar istifadəyə verilib

Bu barədə "Operativ Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə qurum müsabiqələr keçirib. Müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.

"AYNA şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlayır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır", - deyə agentlik bəyan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər