Menyu

İndiyədək İqtisadiyyat Nazirliyi tərəfindən 17 minə yaxın lisenziya verilib

Nərmin Qocamanlı
İndiyədək İqtisadiyyat Nazirliyi tərəfindən 17 minə yaxın lisenziya verilib

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, 2024-cü ilin 11 ayı ərzində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 1263 elektron lisenziya təqdim olunub. “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 01.03.2018-ci il tarixindən indiyədək portal vasitəsilə 5800-ə yaxın elektron lisenziya verilib.

Ümumilikdə verilmiş lisenziyaların 27 faizi (4561) əczaçılıq fəaliyyəti, 22 faizi (3787) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13 faizi (2173) özəl tibb fəaliyyəti, 6 faizi (1081) tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6 faizi (959) rabitə xidmətləri (əsasən sürətli poçt) və 26 faizini isə (4375) digər fəaliyyət növləri təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər