Menyu

Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə ediləcək

Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə ediləcək
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin İcraçı direktoru Samir Mahmudov deyib.

O bildirib ki, bu sənəd izahlı konsepsiya formasındadır: “Eyni zamanda Mərkəzimiz tərəfindən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsi də hazırlanıb. Bu sənədin hazırlanmasında Hüquq və İnsan Haqları İnstitutunun da əməyi çox böyükdür”.

Əlaqəli Xəbərlər