Menyu

Əməliyyat-axtarışda gizli informasiya alınması üçün texniki vasitələrin növlərinin sayı artırılıb

Əməliyyat-axtarışda gizli informasiya alınması üçün texniki vasitələrin növlərinin sayı artırılıb

"Operativ Media"nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Siyahıya aşağıdakılar əlavə edilib:

- İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;

- Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;

- Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;

- Video və (və ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması,saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;

- Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;

- Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;

- Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;

- Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.

Teqlər:

"\u018fm\u0259liyyat-axtar\u0131\u015fda gizli informasiya al\u0131nmas\u0131 \u00fc\u00e7\u00fcn texniki vasit\u0259l\u0259rin n\u00f6vl\u0259rinin say\u0131 art\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər