"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, hökumətin “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” 18 sentyabr 2012-ci il tarixli, “Ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi, nomenklaturu və istifadə qaydası”nın təsdiq edilməsi və “Dövlət ehtiyatının nomenklaturası və yığım həcmlərinin yuxarı həddi haqqında” 9 dekabr 1999-cu il tarixli qərarının ləğv edilməsi barədə 31 oktyabr 2020-ci il tarixli qərarı (5-ci hissəsi istisna olmaqla), “Tibbi və dərman vasitələri üzrə dövlət ehtiyatlarının həcmi və nomenklaturu”nun təsdiq edilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli qərarı ləğv edilib.
Maliyyə Nazirliyi və Dövlət Ehtiyatları Agentliyi qərardan irəli gələn məsələləri həll etməlidirlər.