“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə “Global Media Group” açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır", - açıqlamada qeyd olunub.
***
12:19
Azərbaycanın bir sıra tanınmış xəbər saytları kiberhücumlara məruz qalıb.
Operativ Media xəbər verir ki, ilkin məlumatlara görə, bu hücumların mənbəyi İranla əlaqəli haker qruplarıdır.
Qeyd edək ki, kiberhücumlara məruz qalan saytlar arasında report.az, oxu.az, baku.tv, baku.ws, caliber.az da var.
Hücum edilən saytlara “Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib.