Azərbaycan sumoçuları 6 medal qazanıb

Əziz Əzizli
Azərbaycan sumoçuları 6 medal qazanıb

Estoniyanın Vinni şəhərində keçirilən sumo üzrə böyüklər arasında Avropa Kubokunda Azərbaycan idmançıları 3 qızıl və 3 gümüş medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala sahib çıxıblar. Komanda hesabında Azərbaycan 1-ci olub.

Digər xəbərlər