06 Fevral 2023, 14:59
"Hatayspor"un futbolçusu xilas edildi

"Hatayspor"un futbolçusu Burak Öksüz zəlzələdən sonra dağıntılar altından çıxarılıb.
"Operativ Media" xəbər verir ki, 27 yaşlı müdafiəçi anası ilə birlikdə xilas edilib.
Bundan əlavə, Hatay təmsilçisinin məşqçisi Gökhan Kağıtçıoğlunun da dağıntıların altından çıxarıldığı bildirilib.
"Hatayspor"un legioner futbolçusu Kristian Atsu ilə əlaqə saxlamağa çalışırlar.