Hollandiya Futbol Federasiyası Türkiyədəki zəlzələ ilə bağlı qərar verdi
Əziz Əzizli
Hollandiya Futbol Federasiyası Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, Hollandiyada bu həftə baş tutacaq matçlarda Türkiyədə baş vermiş zəlzələ qurbanlarını 1 dəqiqəlik sayqı duruşu ilə yad edəcəklər.
"Düşüncələrimiz Türkiyə və Suriyada zəlzələdən təsirlənən hamının yanındadır. Bu axşam baş tutacaq Divizion oyunlarında və bu həftə oynanılacaq Kubok oyunlarında həlak olanlara sayqı duruşu olacaq"
Teqlər:
"Hollandiya Futbol Federasiyası Türkiyədəki zəlzələ ilə bağlı qərar verdi"