Türkiyədə baş vermiş zəlzələ nəticəsində ən çox zərər görənlər arasında "Hatayspor" klubunun üzvləri də var.
"Operativ Media" xəbər verir ki, "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl özəl təyyarə təşkil edərək klubun texniki heyətini və futbolçuları ailələri ilə birlikdə Adanaya göndərib.
Qeyd edək ki, "Hatayspor"un idman direktoru hələ də dağıntılar altındadır.