Volkan Dəmirəl: "Kristian Atsudan hələ də xəbər yoxdur"

Əziz Əzizli
Volkan Dəmirəl: "Kristian Atsudan hələ də xəbər yoxdur"

Kahramanmaraşda  baş verən 7,7 ballıq zəlzələdə Hatayda dağılan binanın dağıntıları altında qalan "Hatayspor"lu Kristian Atsunun dünən xilas edildiyi iddia edilib.

 "Operativ Media" xəbər verir ki, qanalı futbolçunun 26 saatdan sonra dağıntılar altından yaralı olaraq xilas edildiyi deyilmişdi.

 "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl isə açıqlamasında deyilənləri təkzib edib.

"Xahiş edirəm, əmin olmadan sağ qaldığını yazmayın. İnsanların ailələri var, ümidləri, kədərləri, kədərləri artır. Atsu və Taner Savutdan hələ xəbər yoxdur. Onlar xəstəxanada olsaydılar bunu paylaşmazdım? Xəbər gələn kimi paylaşacam”

Digər xəbərlər