Argentinalı ulduz futbolçu Lionel Messinin qardaşı "Barselona" klubunu tənqid edib.
"Operativ Media" xəbər verir ki,O, tviç yayınında qardaşı və sabiq klubu haqqında danışıb.
"Barselona klubu Leo Messi sonrasında məşhurlaşmağa başladı. Leodan əvvəl klubu tanıyan yox idi. Sadəcə "Real Madrid" tanınırdı. Leo "Barselona"dan ayrıldıqdan sonra, insanlar klubu izləməyi dayandırıblar. Onlara bir baxın, ardıcıl 2 mövsümdür ki, cümə axşamı günləri (UEFA Avropa Liqası günləri) oyunlara çıxırlar, lakin həmin ərəfədə "Real Madrid" kuboklar qazanmaqda davam edir. "Barselona" klubu Leo olmadan heç nə idi, Leo gedib və yenə heç nə olaraq qalacaqlar."