"Mançester Yunayted" xal itirdi

Nərmin Qocamanlı
"Mançester Yunayted" xal itirdi

 "Mançester Yunayted"in "Old Trafford"dakı 13 matçlıq qələbə seriyası "Lids Yunayted" qarşısında sonlandı. 

 "Operativ Media" xəbər verir ki, Jesse Marsch ilə yollarını ayıran "Lids Yunayted" qələbə hesabını qoruya bilməsə də, əvəzedici komandanın baş məşqçisi Michael Skubala rəhbərliyində çıxdığı "Old Trafford" səfərindən 1 xalla ayrılmağı bacardı. Matç 2-2 hesablı bərabərliklə başa çatıb 

"Mançester Yunayted"in növbəti oyunu da "Lids Yunayted" qarşısında olacaq. Yenə Premyer Liqa çərçivəsində keçiriləcək görüş 12 fevral tarixində baş tutacaq.

Digər xəbərlər