2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ zamanı dağıntılar altında qalıb.
"Operativ Media" xəbər verir ki, “İskenderunspor” klubunda çalışan 53 yaşlı mütəxəssis zəlzələ olan vaxt klubun məşqçilər üçün ayrılmış binasında olub. “İskenderunspor” klubunun digər məşqçisi Halil İbrahim Sönmez dağıntılar altından çıxarılsa da, Uğur Kurtdan hələ də bir xəbər yoxdur. Qeyd edək ki, “Qəbələ”nin sabiq məşqçisinin dünən çantası tapılıb.